!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir avtobus qəzası: 6 yaralı

!Reklam – Yazi

136210_res_01Gəncə şəhərində baş verən avtobus qəzasında 6 nəfər xəsarət alıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədə 7 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu divara çırpılması nəticəsində 6 nəfər xəsarət alıb.

Təbriz küçəsində “İsuzu” markalı avtobusun idarəetmədən çıxması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Yaralıların hamısına ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Qəza nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Gülnar Quliyeva, 1974-cü il – döş qəfəsinin əziyi

Gülşən Abdullayev, 1977-ci il – üst çəndə dişin sınığı

Aydan Nəbiyeva, 1997-ci il – üst çənədə dişin sınığı

Nəzakət Mehdiyeva, 1969-cu il – alt çənənin əziyi

Rəna Hüseynova, 1980-ci il – döş qəfəsinin əziyi

Azyaşlı, 2004-cü il – sol gicgah nayihəsinin əziyi

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv