!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha bir azərbaycanlı futbolçu Çexiya klubunda

!Reklam – Yazi

Daha bir azərbaycanlı futbolçu karyerasını Çexiyada davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. O, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. Gənc yarımüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Çexiyanın “Slaviya” (Praqa) klubunda çıxış edəcək.

Muradovdan öncə Heydərli Fərid Nəbiyevi də “Slaviya”ya aparmışdı. O, ötən ildən Praqa təmsilçisinin U-21 komandasında uğurla çıxış edir. Elə Rövlan da Fəridlə birgə gənclərdən ibarət komandada oynayacaq.

Xatırladaq ki, Vaqif Heydərlinin ölkə xaricinə apardığı futbolçulardan biri də Budaq Nəsirovdu. O, Portuqaliya “Sportinq”inin B komandasında çıxış edir.

www.yenicag.az

1302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv