Daha bir azərbaycanlı idmançı sərt cəzaya məruz qalıb.
Yenicag.az xəbər verir ki, ağırlıqqaldıran İsa Rüstəmov dopinqə ilişdiyi üçün 4 il müddətinə diskvalifikasiya olunub.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qərarına əsasən 19 yaşlı idmançının orqanizmindən boldenon preparatı aşkarlanıb.
Qeyd edək ki, 69 kq çəki dərəcəsində çıxış edən İsa Rüstəmovun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək.