!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir azərbaycanlı yeniyetmə Amerikada birinci oldu - FOTOLAR

!Reklam – Yazi

Azərbaycanlı yeniyetmə Amerikada keçirilən “Genius” olimpiadasında qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, həmyerlimiz Zəngi liseyinin 10- cu sinif şagirdi Röya Novruza beynəlxalq yarışmanın incəsənət nominasiyasi üzrə (“Art category”) 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, “Genius” yarışı hər il iki mərhələ üzrə keçirilir. Birinci mərhələ onlayn qaydada təşkil olunur; namizədlər hazırladıqları layihələri yarışın onlayn sisteminə daxil edirlər. Münsiflər heyətindən müsbət rəy alan layihə, növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sona qalmış finalçılar müəllifi olduqları layihələrini təqdim edərək, medal və həvəsləndirici diplomlar əldə edirlər.

Hər il Nyu-York Dövlət Universitetinin ev sahibliyi etdiyi və Osveqo şəhərində keçirilən “Genius” olimpiadası ABŞ-ın ən böyük elm sərgisi hesab olunur. 2019-ci il-də yarışmaya dünyanın 76 ölkəsindən 789 iştirakçı qatılıb.

Aslı İsmayılzadə

www.yenicag.az

1786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv