Daha bir balıqçının meyiti tapıldı

2430dc9989829c774016c4e232fc741fXəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan sonuncusunun da meyiti tapılıb.

Balıqçı Laçın Laçınovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri, helikopteri cəlb olunmuşdu.

Bir gün sonra balıqçılardan birinin – Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanıb.

Noyabr ayının 12-də isə balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib(APA)