Daha bir bankın rəhbəri dəyişdi

a7b9a8e69a5733941323cabf38dbe07eCaspian Development Bank (CDB)” ASC-nin rəhbərliyində dəyişiklik olub.

Bankın Biznesin inkişafı departamentinin marketinq üzrə baş mütəxəssisi Elşən Allahverdiyevin verdiyi məlumata görə, Müşahidə Şurasının 11.01.2016-cı il tarixili 01 saylı qərarına əsasən, Nadir Yıldırım “Caspian Development Bank (CDB)” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin Sədri Alışov İbrahim Əsəd oğlu isə Səhmdarların Ümumi Yığıncağının 03.12.2015-ci il tarixli 02 saylı iclasının qərarına əsasən Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, “Caspian Development Bank (CDB)” ASC 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk banklardan biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək “Kövsər Bank”ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınıb.(APA)