!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha bir beynəlxalq kubok ləğv edildi - Koronavirusa görə

!Reklam – Yazi
Yenicag.az xəbər verir ki, təşkilatçıların yaydığı bəyanatda turnirin gələn il baş tuta biləcəyi əks olunub:
“Oyunçuların, personalın, azarkeşlərin, matçlarda iştirak edən hər kəsin sağlamlığı və təhlükəsizliyi həmişə mühüm əhəmiyyətə malikdir. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının qeyri-müəyyənliyi, həmçinin Avropa futbolu oyunlarının təqvimindəki qeyri-müəyyənliyə görə Beynəlxalq Çempionlar Kubokunun bu yay keçirilməsi mümkünsüzdür. 2021-ci ildə ən yaxşı klublar və unudulmaz matçlarla qayıdacağımıza ümid edirik”.
Qeyd edək ki, 2013-cü ildən ənənəvi olaraq yayda keçirilən Beynəlxalq Çempionlar Kuboku yoldaşlıq yarışıdır. Hər il bu turnirdə dünyanın aparıcı klubları iştirak edir. Bu komandalar müxtəlif ölkələrdə, əsasən də ABŞ və Asiyada üz-üzə gəlir.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv