!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha bir boksçumuz yarımfinala çıxıb

!Reklam – Yazi
boks-azerbaycan-4Azərbaycan boksçusu Teymur Məmmədov yarışların 1/2 final mərhələsinə vəsiqə qazanıb.

Yenicag.az xəbər verir ki, 81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşıb. Bura qədər iki idmançını – Joşua Buatsi (Böyük Britaniya) və Yordan Kulinskini (Polşa) üstələyən 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı bu sınaqdan da üzüağ çıxıb. Avropa çempionumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edərək, 1/2 finalda iştirak hüququ qazanıb. Məmmədov yarımfinala vəsiqə sayəsində Əliyev və Məmişzadə kimi bürünc medalı özünə təmin edib.

O, finala gedən yolda rusiyalı Pavel Silyaginlə üz-üzə gələcək. İdmançımızın rəqibi 1/4 finalda İqor Teziyevi (Almaniya) mübarizədən kənarlaşdırıb.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv