Daha bir dəhşətli qəza: Təyyarə helikopter ilə toqquşdu – VİDEO

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus “C-101” tipli hərbi təyyarə qəzaya uğrayaraq Aralıq dənizinə düşüb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Mursia əyalətindəki San Xavyer hava bazası yaxınlığında baş verib.

San-Havyer bələdiyyəsinin başçısı “C-101” tipli təyyarənin qəzaya uğraması barədə məlumatı təsdiqləyib. Hazırda xilasedici gəmilər qəzanın baş verdiyi əraziyə yollanıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

Məlumata görə, təyyarənin pilotu katapult edib, hazırda axtarışı aparılır.

Qeyd edək ki, İspaniyanın Malyorka adasında datəyyarə qəzası baş verib.

Helikopter ilə kiçik təyyarənin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla, 7 nəfər ölüb.

Qəzaların başvermə səbəbləri araşdırılır.