Daha bir erməni hərbçi öldürülüb

f2a715a7b89bbcbc78a72c0f2c7699e9Cəbhədə daha bir erməni hərbçi məhv edilib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Vardan Vardanyan bu gün səhər saatlarında baş vermiş atışma nəticəsində öldürülüb.

Atışma Dağlıq Qarabağdakı təmas xəttində baş verib.

Qeyd edək ki, V. Vardanyan müqavilə əsasında hərbi xidmətdə olub.