İşğaldan azad olunan ərazilərdə aparılan axtarışlar zamanı daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, cəsəd Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.
Hərbçinin cəsədi Ermənistana təhvil verilib.