Daha bir erməni hərbçisi öldü

Erməni ordusunda müqavilə əsasında xidmət edən Aşot Mikaelyan aldığı güllə yarasından ölüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərq sərhədlərində baş verib.

Qeyd edək ki, daha öncə hərbi ekspertlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin itkiləri gizlətdiyini və zamanla bu itkiləri bir-bir açıqlayacaqlarını bildirirdilər.

COP29