!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir erməni HƏYASIZLIĞI: "Onlar mühəndis fəaliyyəti ilə məşğul olurdular" - İrəvandan absurd REAKSİYA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

Yenicag.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq yenə təkzib yolunu tutub.

Nazirliyin yaydığı açıqlamada bildirilib ki, Azərbaycan tərəfinin yaydığı məlumatlar həqiqəti əks etdirmir və erməni hərbçilər ərazidə minalama deyil, mühəndis fəaliyyəti həyata keçirərkən yaxalanıblar.

“Əsir götürülmüş hərbi qulluqçuların geri qaytarılması üçün lazımi tədbirlər görülür”, -deyə Ermənistan MN-dən bildirilib.

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv