Daha bir erməni yalanı – MN məlumat yaydı

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, – məlumatda qeyd edilib.