Fransanın “Tur” klubunun 18 yaşlı futbolçusu Tom Rodriges ölüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, onun meyiti martın 9-u yaşadığı evdə aşkarlanıb. Futbolçunun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, bu səbəbdən 10 mart tarixində keçirilməli olan “Tur” – “Valansyen” oyunu təxirə salınıb.
Xatırladaq ki, martın 4-ü “Fiorentina”nın kapitanı David Astori məskunlaşdığı oteldə ölü tapılmışdı. 31 yaşlı futbolçunun infarktan öldüyü müəyyən edilmişdi.