!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir hərbçimiz şəhid oldu - YENİLƏNDİ / FOTO

!Reklam – Yazi

Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.

***

21:22

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlar nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi. O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

www.yenicag.az

830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv