!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir icra başçısının xidməti maşını 90-lıq yolda 190-la “uçdu” – VİDEO

!Reklam – Yazi

timthumbMartın 27-də Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin 63 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobili kobud qayda pozuntusuna yol verib.

Bununla bağlı videomaterialı reportyor.tv saytı yayıb.

Yenicag.az-ın həmin sayta istinadən verdiyi məlumata görə, başçının xidməti maşını bazar günü Bakıdan Zərdab rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq saatda 90 km sürət rejimi tətbiq olunan yolda –Bakı-Qazax yolunda sürət həddini iki dəfədən çox aşaraq saatda 190-la hərəkət edib.

Sayt bildirir ki, yol polisi dövlət məmurlarının bu cür qayda pozuntularına göz yumur.
Qeyd edək ki, Azərbaycan yollarında qanunla icazə verilən maksimum sürət həddi 110 km-saatdır. İcra başçısının xidməti avtomobili 90-lıq yolda 190-la hərəkət etdiyi üçün avtomobili idarə edən sürücü İnzibati Xətalar Məcəlləsinə əsasən, 250 manat və 5 cərimə balı ilə cəzalandırılmalıdır.

 

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv