Daha bir intihar hadisəsi: Gənc özünü 14-cü mərtəbədən atdı

Bakının “Xətai Park” yaşayış kompleksində intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə iyulun 2-si gecə saat 02 radələrində qeydə alınıb.

Belə ki, Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksindəki 18 mərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanından bir nəfər özünü atıb.

Onun Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Bağırov Azər İsrafil oğlu olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.