Reklam: High Technic
hightechnic

Daha bir iş adamı saxlanıldı

95085_res_01“Maliyyə xəyanəti”nə görə həbs olunan daha bir nəfərin kimliyi bəlli olub.

Bu barədə həmin şəxsin həyat yoldaşı zəng edərək məlumat verib. Məlumata görə, “Beynəlxalq Bank İşi”ndə saxlanılan şəxslərdən daha biri Şəki “Aqro-İndastri ” MMC süd emalı zavodunun direktoru Rəfael Rəhimovdur.

Onun həyat yoldaşı Kifayət Rəhimova sayta bildirib ki, əri digər iş adamları kimi mayın 12-də “Bandotdel”ə dəvət olunub və orada saxlanılıb: “Bu günə kimi isə ərimlə heç bir əlaqə yaratmaq mümkün olmayıb”.

Kifayət Rəhimova bildirib ki, sözügedən süd emalı zavodu 2006-cı ildə açılıb, əri isə 2009-cü ildən həmin quruma rəhbərlik edib. Şirkət Beynəlxaq Banka məxsus olub. Onun sözlərinə görə, həyat yoldaşının 54 yaşı var(qafqazinfo).

www.yenicag.az

59