!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir işədüzəltmə agentliyinin fırıldaqlığı üzə çıxdı-ŞİKAYƏT

!Reklam – Yazi

big_1473849339_13902716_139512816488460_6608736406950422550_nİşədüzəltmə agentliyi adı alttında fəaliyyət göstərən şirkətdən yalançı vədlər…

Mən Aydan Vahabova yazıb sizə bildirirəmki, Bakı şəhəri, Xətai rayonu Xocalı prospektindəki Dəmirçi plazanın , 15-ci mərtəbə, otaq 23-də yerləşən ‘AZLED’ MMC (VÖEN: 2003402001 ) reklam agentliyinin müdiri Mübariz Saroğlan oğlu Məmmədov və ortağı Qabil Məmmədov məni və digər şəxsləri yalan vəd verərək əmək müqaviləsi bağlamadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb etmiş, və 2-li mühasibatlıq aparırlar, həmçinin vəd etdiyi əmək haqqını orda işlədiyim 6 ay müddətində(noyabr-may) kəsmiş və üstəlik 6 günlük 9saatlıq iş rejimiylə hüquqlarımızı pozmuşdur.

Nəzərinizə çatdırıram ki, ötən şikayətim zamanı vergi məmurunun şirkətə gedərək qapını döydüyü halda qapını ona açmamış və ofisi tərk edib qeyd etdiyim ünvana köçərək izlərini itirməyə çalışmışlar. Həmçinin Əmək Müfəttişliyinə etdiyim müraciət zamanı müfəttişlik məmurlarına bizə şər atırlar tanımırıq deyə yalan uyduraraq öhdəliklərindən yayınmışlar. Eyni zamanda şirkətin sexi olduğu halda orda sənədləşdirilməmiş ustalar var deyə seximiz yoxdur demişlər.

e-mail: [email protected] / Telefon nömrələri (012)567-81-41 ,050 228-20-11, 050 245-29-39 -dur. Xahiş edirəm vergidən yayınma hallarının qarşısını almaq və hüquqların bərpa olunması üçün sizə etdiyim müraciətimi qeydə alasınız. Tələbim budur ki, qurumlar belə saxtakarlardan vətəndaşların hüquqlarını niyə müdafiə edə bilmirlər ?
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini öyrənmək üçün əlaqə saxlasaq qeyd olunan nömrələrə zəng çatmadı.

www.yenicag.az

1219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv