“Maşın şou”nu tərk edən növbəti iştirakçının adı bəlli olub.
Yenicag.az xəbər verir ki, bu gün səsverməyə çıxarılan Mətanət Əliverdiyeva da xoşagəlməz vəziyyətlə üzləşib. Belə ki, ona “qalsın” deyənlərin sayı cəmi 24,66 faiz təşkil edib. 75,34 faiz isə “getsin” deyib.
Qeyd edək ki, Mətanət yarışda qalsaydı, Aytən Səfərovanı mübarizədən kənarlaşdıracaqdı. Lakin o, fikrinin dəyişməsinin də mümkünlüyünü dilə gətirmişdi.