!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir jurnalist amansızlıqla öldürüldü-VİDEO

!Reklam – Yazi

19686-zaazzzzzKolumbiyada yerli mütəşəkkil cinayətkar qruplaşmalar və rüşvətxor məmurlar arasındakı əlaqələri araşdıran qadın jurnalist qətlə yetirilib.

Olay Kolumbiyanın Uila vilayətinin Pitalito şəhərində baş verib.

“La Preferida FM” radiostansiyasındakı populyar “La Preferida Stereo” proqramının aparıcısı Flor Alba Nunyes Varqas evinə daxil olarkən, qapıda güllələnib.

25 yaşlı jurnalisti başında motosikletçi şlemi olan şəxs güllələyib.
Varqas evinə daxil olan kimi bu şəxs onun arxasınca gedib və qadın geri çevriləndə onun üzünə iki dəfə atəş açıb.

Atəşlərdən sonra o şəxs qaçaraq hadisə yerini tərk edib.

Flor Alba Nunyes Varqas son iki ildə Kolumbiyadakı narkokartellər, mafiyanın qətlləri və rüşvətxor məmurlar arasındakı gizli əlaqələrlə bağlı araşdırmalar aparırdı. O, son 4 ayda dəfələrlə ölüm təhdidləri almışdı.

Uila şəhər polisinin rəisi Santyaqo Samelonun dediyinə görə, jurnalisti mütəşəkkil cinayətkar qruplaşmalardan birinin killeri qətlə yetirib(milli).

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv