Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə saat 13:00-dan başlayaraq axşam saatlarına qədər Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, daha sonra bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Nəsimi rayonu, Ceyhun bəy Hacıbəyli küçəsi, Binəqədi rayonu Məsud Davudoğlu küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri və Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Aleksandr Puşkin küçəsinin kəsişməsində sarı tor zolaqlarının çəkilişi işləri aparılacaq.
Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.