Şirvanda kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, Şirvan sakini, 1958-ci il təvəllüdlü Əhədov Böyükağa Həmidağa oğlunun meyiti şəhərin H.Əliyev prospektində yerləşən köhnə peşə məktəbinin həyətindən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şobəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Daha əvvəl Göygöl rayonunda çay kənarında kişi meyiti aşkarlanıb.