Daha bir klub prezidenti istefa verdi

“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev tutduğu vəzifədən istefa verib.

Yenicag.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Quliyev şəxsi istəyi ilə vəzifəsindən ayrılıb.

“Sumqayıt” klubu Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür edir və gələcək işlərində uğurlar arzulayır.

COP29