Daha bir koronavirus xəstəsi ictimai yerdə saxlanıldı – FOTO

Paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 40 yaşlı Feruz Hüseynov ictimai yerdə müəyyən olunaraq saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.