Daha bir marşrutun hərəkət sxeminə DƏYİŞİKLİK edildi

70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə əsasən, bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.