Daha bir məktəbdə müəllimə şagirdi döydü – VİDEO

shagird1Daha bir məktəbdə müəllimə şagirdi döyüb.

Müəllimənin şagirdi döyməsi ilə bağlı video sosial şəbəkələrdə yayılıb. Videonun Xırdalan şəhərində yerləşən 9 nömrəli orta məktəbdə çəkildiyi bildirilir.

Təhsil Nazirliyi artıq məsələ ilə bağlı araşdırma başladıldığı barədə məlumat yayıb.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, bir müddət əvvəl də, Bakı məktəblərindən birində müəllimin şagirdi döyməsi ilə bağlı video yayılmışdı.(Aznews)