Daha bir məktəbdə rüşvət QALMAQALI: Şagirdlərdən bunun üçün pul tələb olunur – SƏS YAZISI

Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olub.

Yenicag.az Baku TV-yə istinadən xəbər verir ki, səs yazısına görə, açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunur.

Hadisə Sumqayıt şəhəri 16 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib.

Abşeron-Xızı regional təhsil dairəsindən bildirib ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.