Daha bir məmur ailəsi koronavirusa yoluxdu

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.

Yenicag.az-ın verdiyi xəbərə görə, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və həyat yoldaşı, Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru, 1983-cü il təvəllüdlü Firuzə İmanova və onların orta məktəb şagirdi olan övladları da koronavirusa yoluxub.

Məlumata görə, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.

1951-ci il təvəllüdlü M.Şıxlinski əvvəllər C.Rüstəmov adına məktəbin direktoru olub./Qafqazinfo/