Daha bir məşhur serialın çəkilişləri dayandırıldı

Türkiyəli məşhur aktrisa Cansu Dere koronavirusa yoluxub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  buna görə də baş rol aldığı ən reytinqli seriallardan biri olan “Sadakatsız”ın  çəkilişləri dayandırılıb.

Aktrisanın vəziyyətinin yaxşı olduğu və xəstəliyi yüngül keçirdiyi bildirilir.

Qeyd edək ki, serialın baş rollarını Cansu Dere ilə yanaşı, Caner Cindoruk və Melis Sezen paylaşır.