Daha bir məşhur şirkət Rusiyada fəaliyyətini DAYANDIRDI

Böyük Britaniyanın “Mothercare” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Hamilə qadınlar və körpə uşaqlar üçün məhsulların satışı ilə məşğul olan şirkət ölkə ərazisində bütün fəaliyyətini, o cümlədən məhsul tədarükünü müvəqqəti dayandırır. Bu qərar “Mothercare”in Rusiyadakı 120 mağazasını əhatə edəcək.

Xatırladaq ki, ötən gün “McDonald’s”, “Pepsi” və “Coca-Cola” şirkətləri Rusiyada fəaliyyətini müvəqqəti dayandırdıqlarını bildirmişdi.

COP29