Daha bir məşhur türkiyəli müğənni Bakıya gəlir-VİDEO

62094_oqq6838laeTürkiyəli müğənni Sərdar Ortaç Bakıda konsert verəcək.

Bu haqda əməkdar artist Ədalət Şükürov “Onlar”a açıqlamasında xəbər verib. O, türkiyəli həmkarı ilə eyni səhnəni bölüşəcəyini bildirib:

“Dekabrın 18-də Bakıda Sərdar Ortaçın konserti olacaq. Mənə onunla səhnəni bölüşmək təklif edilib. Əgər istəsə, orada duet də oxuyacağıq”.

Qeyd edək ki, S.Ortaç Ə.Şükürovun “Dedim yox” mahnısını oxuyub və klip çəkdirib.