!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir mətbuat katibi iş yerini dəyişdi – “Avtovağzal”dan “Odlar Yurdu”na / FOTO

!Reklam – Yazi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova vəzifəsini tərk edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Pərvin Məmmədova özünün “Facebook” hesabında yayımlayıb. O, bildirib ki, bundan sonra fəaliyyətini Odlar Yurdu Universitetinin “İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri kimi davam etdirəcək:

“2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yollarımız ayrılır. Ünvanladığınız sorğulara, müraciətlərə əlimdən gəldiyi qədər tez münasibət bildirməyə çalışmışam.

Buna ən böyük səbəb isə mediaya dost, bütün məsələlərə diqqətlə yanaşan və müsbət həllinə çalışan rəhbərlə çalışmağım olub. Əməyinə dəyər verilməsi möhtəşəm hissdir. Nəqliyyatda 8 il… Bütün rəhbərlərimə təşəkkür etmək istəyirəm. Çünki mən bu sahədə böyüdüm, çox şey öyrəndim.

Dostlar, heç nə bitmir, yolumuz uzundur. Əməkdaşlığımıza qaldığımız yerdən davam edəcəyik. Bundan sonra fəaliyyətimə Odlar Yurdu Universitetinin “İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri kimi davam edəcəyəm. Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa, nə gözəl…

Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam”.

Gülşən Şərif

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv