!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir nazir vəzifəsindən azad edildi – Sərəncamın səbəbi

!Reklam – Yazi

62435_fx8gg4lf3gPrezident İlham Əliyev Əli Abbasovun Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

***

Ə.Abbasovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə istintaqa çağırlması barədə məlumat yayılmışdı. Buna nazirliyin həbs edilən aparat rəhbəri Vidadi Zeynalovun nazirin əleyhinə ifadə verməsi səbəb olmuşdu.

V.Zeynalov özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında saxlanılıb. B.Hüseynov isə öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, Ə.Abbasov Baş Prokurorluqdakı istintaq zamanı ona elan olunmuş ittihamları rədd edib və Eldar Mahmudovun əleyhinə ifadə verib.

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv