Daha bir nəfər Kürdə batdı

Kürdəmirdə bir nəfər Kürdə batıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

COP29