Daha bir neftçi xilas olundu

cb5216d96c2886664f00d281617ee4f6“Günəşli” yatağında baş vermiş qəzada daha bir nəfər xilas olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfər xilas olunub.

Əməliyyat davam etdirilir

Bununla da hadisə nəticəsində 33 nəfər xilas olunub, bir nəfər isə həlak olub, 29 nəfərin axtarışları davam etdirilir.