Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir

Vyetnam koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış beynəlxalq uçuşları mərhələli şəkildə bərpa etməyə qərar verib.

İlkin mərhələdə son bir ay ərzində minimum yoluxma hallarının qeydə alındığı və ya ümumiyyətlə yoluxmanın olmadığı ölkələrlə aviaəlaqə bərpa olunacaq.

Bu ölkələr arasında Çin, Yaponiya, Cənubi Koreya, Laos, Kamboca yer alır.

Digər ölkələrlə uçuşların da yaxın zamanlarda açılacağı gözlənilir.

Qeyd edək ki, Vyetnam pandemiya ilə əlaqədar beynəlxalq uçuşları martın 25-də dayandırmışdı.

Vyetnamda bu günədək 332 nəfər virusa yoluxub, ölən olmayıb. 12 nəfər müalicəsini davam etdirir. Son iki aya yaxın müddət ərzində ölkə ərazisində yeni yoluxma faktı qeydə alınmayıb.

www.yenicag.az

379