Daha bir ölkə İrana uçuşları dayandırdı

Səudiyyə Ərəbistan İranla aviaəlaqəni dayandırıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib. İranda səfərdə olmuş əcnəbilər isə yalnız 14 gün sonra ölkəyə girişlərinə icazə veriləcəyi bildirilib.

Səudiyyə Ərəbistanı hökuməti həmçinin İrana aviareyslərin təxirə salındığını da açıqlayıb.

Bundan əvvəl Küveyt və İraq da oxşar addımları atmışdı.

COP29