Daha bir ölkə İranla sərhədi bağladı

İraq hökuməti koronavirus səbəbindən İranla 5 quru sərhədini bağlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl Sumariya” telekanalı məlumat yayıb.

“Əş-Şalamica, Əş-Şeyb, Zərbətiyyə, Əl-Mənzəriyyə və Mənzəli sərhəd-keçid məntəqələri İranla ticarət üçüb bağlanılıb”, – məlumatda qeyd olunub.

Kanalın məlumatına görə, sərhəd-keçid məntəqələri bu gündən etibarən 1 həftə müddətinə bağlanıb.