Avropa Komissiyasından sonra Kanada da Çinin dünyaca məşhur sosial media platforması “TikTok” üçün hərəkətə keçdi.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Kanada hökuməti tərəfindən mobil cihazlarda “TikTok”- dan istifadə qadağan edilib.
Bildirilib ki, “TikTok” məxfilik və təhlükəsizlik üçün qəbuledilməz risk səviyyəsi yaradır və hökumət tərəfindən verilən cihazlarda giriş bloklanır.