Braziliya da Ümumdünya Səhiyyə Təşkilatından çıxır.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Jair Bolsonaru deyib.
“ABŞ ÜST-ü tərk edib, biz də bunu nəzərdən keçiririk. Ya ÜST ideoloji qərəzsiz işləyəcək, ya da biz gedəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, keçən ayın sonu Tramp ABŞ-ın ÜST üzvlüyündən çıxdığını, vəsaitlərini səhiyyə problemləri ilə məşğul olan digər təşkilatlara yönəldəcəyini bildirmişdi.