Daha bir ölkədə eynicinslilərin nikahına icazə verildi

Avstraliyada homoseksual nikahların legitimləşdirilməsi ilə əlaqədar referendum keçirilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, referendum nəticələrinə görə, əhalinin 61,6%-i həmcinslərin evlənməsinə “hə” deyib. Referendum həmçinin, əhalinin yüksək iştirak faizi ilə də diqqət çəkib. Belə ki, seçicilərin 79,5%-i referendumda səs verib.

Məsələ ilə bağlı açıqlama verən baş nazir Malkolm Tarnbal eynicinsli evliliklərin legitimləşdirilməsi ilə əlaqədar hazırlanan qanun layihəsinin ilin sonunadək parlamentdə təsdiqlənəcəyini bildirib.

Qeyd edək ki, nəticələrin elan olunmasından sonra xalq küçələrə çıxaraq, sevincini nümayiş etdirib.

COP29