!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir ölkədə FETÖ məktəbləri bağlanır

!Reklam – Yazi

406364491Benində fəaliyyət göstərən “Gülən məktəbləri”nin fəaliyyəti dayandırılacaq.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Türkiyə və Benin prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Patrik Talonun Ankarada baş tutan görüşündən sonra keçirdikləri birgə brifinqdə bildirilib. R.T.Ərdoğan beninli həmkarının “Bizim dostumuza düşmən olana biz dost ola bilmərik” ifadəsinin məmnunluq doğurduğunu, Benində fəaliyyət göstərən “Gülən məktəbləri”nin bağlanacağının vəd olunduğunu bildirib:

“Hazırda Afrikanın 54 ölkəsindən 4 min 500 tələbə Türkidə təhsil alır. Bunun 87 nəfəri Benindəndir. Qarşıdakı dövrdə bu sayı artırmaq imkanımız var. Hörmətli prezident mənə bildirdi ki, Benində FETÖ-nün 3 məktəbi fəaliyyət göstərir, onları bağlayıb milliləşdirəcəyik, Bizim dostumuza düşmən olana biz dost ola bilmərik. Bu mövqe bizim üçün doğrudan da, çox əhəmiyyətlidir”.

Qeyd edək ki, FETÖ məktəblərinin Azərbaycanda bağlandığı elan edilsə də, onlar ölkəmizdə başqa adlar altında rahatca öz fəaliyyətlərini davam etditrirlər.

Yeniçağ.Az

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv