Daha bir ölkədə karantin müddəti uzadıldı

İtaliyada karantin müddəti mayın 3-dək uzadılıb.

Yenicag.az xəbər verir ki, bunu ölkənin baş naziri Cuzeppe Konte deyib.

“Biz məhdudlaşdırıcı tədbiləri mayın 3-dək uzadacağıq. Bu qərar zəruridir. Əgər biz indi təslim olsaq, hər şeyin yenidən başlaması təhlükəsi var. Biz mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik”, – Baş nazir bildirib.