Daha bir ölkədə komendant saatı ləğv olunur

Tailandda iyunun 15-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş komendant saatı ləğv olunur.

Yenicag.az xəbər verir ki, ölkədə konfrans, konsert və sərgilərin keçirilməsinə də icazə verilir. Həmçinin uşaq bağçaları, beynəlxalq məktəblər və digər qeyri-dövlət tədris müəssisələri də açılır.

Məlumata görə, beynəlxalq uçuşların qadağası isə iyunun 30-dək qüvvədə qalacaq.

Qeyd edək ki, bu günədək Tailandda 3 129 nəfər koronavirusa yoluxub, 58 nəfər ölüb. Hazırda 84 nəfərin müalicəsi davam edir.