Daha bir ölkədə koronavirus aşkarlandı

Mərkəzi Amerika ölkəsi olan Hondurasda koronavirusa yoluxma halı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi Hondurasda 2 nəfərdə yeni növ virusa yoluxma halı qeydə alındığı barədə məlumat yayıb.

Məlumata görə, virus daşıyıcılarının hamısı daha öncə Qərbi Avropaya səfər edib. Hər iki hal Honduras vətəndaşlarında qeydə alınıb.