Daha bir ölkədə koronavirus aşkarlandı

Afrika ölkəsi Qambiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Yenicag.az xarici mətbuata isitnadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxan şəxs 21 yaşlı qadındır.

O, daha öncə xaricə səfər edib.