Estoniyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Estoniyanın Səhiyyə Departamentinin baş direktorunun müavini Mari-Anne Xyarma bildirib.
Onun sözlərinə görə, koronavirusun yeni ştammı İngiltərədən gələn üç Estoniya vətəndaşında aşkarlanıb.
Qeyd edək ki, Estoniyada hazırkı dövrədək 38 544 nəfər koronavirusa yoluxub, onlardan 349 nəfəri ölüb.