Daha bir ölümcül virus qeydə alındı – ƏLAMƏTLƏRİ

Çinin Hunan əyalətində H5N1 quş qripi epidemiyası qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu vilayət yeni koronavirus 2019-nCoV epidemiyasının mərkəzinə çevrilmiş Hubey əyaləti ilə həmsərhəddir.

Yoluxuculuğu yüksək olan quş qripi fermalardan birində qeydə alınıb. Xəstəlik nəticəsində ərazidə olan quşların yarısından çoxunun öldüyü bildirilir. İnsanın yoluxma halları barədə isə hələlik məlumat verilmir.

A(H5N1) virusunun yaratdığı quş qripi kəskin yoluxucu xəstəlikdir. Titrəmə ilə başlayır, bədənin hərarəti 38 dərəcə selsiyə qədər qalxır, əzələ, boğaz və baş ağrıları müşahidə olunur. İnsan bu virusun daşıyıcısı olan quşla sıx təmasda olduqda ona yoluxur.

Xatırladaq ki, Çində 2019-nCoV koronavirusuna yoluxanların sayı 13,8 min, ölənlərin sayı isə 304 nəfərə çatıb./Oxu.az/

COP29